Rus dronları sərnişin qatarını hədəf aldı - VİDEO

Rus dronları sərnişin qatarını hədəf aldı - VİDEO
07.05.2026 11:23 Dünya

Latviya Silahlı Qüvvələri ölkə ərazisinə Rusiya istiqamətindən daxil olan iki pilotsuz uçuş aparatının qəzaya uğradığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, məlumata əsasən, dronlardan biri Rezekne şəhərində yerləşən neft bazasının ərazisinə düşərək boş rezervuarlardan birinə ziyan vurub.

Digər pilotsuz uçuş aparatının isə Riqa – Dauqavpils marşrutu üzrə hərəkət edən sərnişin qatarına çırpıldığı iddia olunur. Hadisə nəticəsində qatarın mühərrik bölməsində yanğın baş verib.

Latviya hakimiyyəti dronların mənşəyi və hadisənin detalları ilə bağlı bu gün mətbuat konfransı keçirəcəyini bildirib.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər