Rumıniyada ANTİ-REKORD - Doğum səviyyəsi minimumda

Rumıniyada ANTİ-REKORD - Doğum səviyyəsi minimumda
11.05.2026 19:00 Dünya

Rumıniyada yeni demoqrafik məlumatlara əsasən Avropa İttifaqında doğum səviyyəsi tarixi minimuma enib.

TodayPress TV xəbər verir ki, bu barədə "Mediafax" məlumat yayıb.

Rumıniya 2024-cü ildə Aİ ölkələri arasında doğum səviyyəsinin ən kəskin azaldığı dövlət olub. Ölkədə göstərici 1,54-dən 1,39 uşağa düşüb.

Məlumata görə, Avropa İttifaqında orta doğum səviyyəsi də azalaraq hər qadına 1,34 uşaq təşkil edib. Bu rəqəm 2001-ci ildən bəri ən aşağı göstərici kimi qeydə alınıb.

Bununla yanaşı, Rumıniyada qadınların ilk uşaqlarını orta hesabla 27,2 yaşında dünyaya gətirdiyi bildirilir. Bu göstərici yalnız Bolqarıstandan daha yüksəkdir.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər