Qrinblatt: “Avropa təhlükəsizliyini özü təmin etməlidir”

Dünya

24.12.2025 17:12

"Avropa təhlükəsizliyini özü təmin etməlidir".

TodayPress TV "Gazeta.ru" ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald  Trampın keçmiş xüsusi nümayəndəsi Ceyson Qrinblatt deyib.

O vurğulayıb ki, ABŞ Avropanın daimi sponsoru və təhlükəsizliyinin qarantı ola bilməz və yalnız yaxşı maliyyələşdirilmiş müdafiəni dəstəkləyə bilər, onu əvəz etməməlidir. Qrinblatt qeyd edib ki, Avropanın kifayət qədər resursları olsa da, müdafiə üçün siyasi iradəsi çatışmır. O əlavə edib ki, Avropa ön sıralarda olmalı, qitənin təhlükəsizliyi və gələcəyi üçün məsuliyyəti öz üzərinə götürməlidir.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen isə dekabr ayında verdiyi müsahibədə bildirib ki, Aİ yaxın gələcəkdə müdafiəsini gücləndirməyi planlaşdırır. Alyans artıq müdafiə qabiliyyətlərini genişləndirmək üçün proqram qəbul edib və Aİ liderləri 2030-cu ilə qədər Avropanı özünümüdafiəyə hazırlamağı hədəfləyirlər.

Jalə Rövşən 

TodayPress TV

tag: Donald Tramp ,Ceyson Qrinblatt ,Təhlükəsizlik ,Avropa ,Todaypress.tv,