Qrem: "Rusiya razılaşmasa, Ukraynaya “Tomahawk” veriləcək"
Dünya
22.12.2025 10:29
ABŞ senatoru Lindsi Qrem Rusiyanın sülh danışıqlarına razılaşmayacağı halda Ukraynaya Amerika istehsalı olan Tomahawk qanadlı raketlərinin verilməsini təklif edib.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, o, bunu “The New York Post” qəzetinə müsahibəsində bildirib.
O, qeyd edib ki, bu addım Moskva üzərində təzyiqi artırmaq məqsədi daşıyır.
Qremin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp sülh prosesinin iflasa uğraması halında Rusiyaya qarşı daha sərt tədbirlər görməli, o cümlədən Rusiya neftini daşıyan tankerlərin müsadirəsini və Kiyevə "Tomahawk" raketlərinin verilməsini nəzərdən keçirməlidir.
Senator eyni zamanda Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin imzalanacağına ümid etdiyini bildirib.
Qeyd olunur ki, Qərb ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işləyir və sülh pozularsa, ABŞ-nin F-16 qırıcıları və Tomahawk raketləri vasitəsilə cavab tədbirləri görməsi istisna edilmir.
Jalə Rövşən
tag: ABŞ,Lindsi Qrem,Rusiya,Ukrayna,Todaypress.tv,
