Qətər Hörmüz boğazı vasitəsilə MTQ ixracını bərpa etdi - KİV

Qətər Hörmüz boğazı vasitəsilə MTQ ixracını bərpa etdi - KİV
10.05.2026 13:25 Dünya

Qətər İranla müharibənin başlanmasından bəri ilk dəfə Hörmüz boğazından mayeləşdirilmiş təbii qaz (MTQ) daşıyan tankeri keçirə bilib. Bu, regiondan tədarüklərin tədricən bərpa olunduğu mənasına gələ bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Gəmilərin izlənməsi mərkəzinin məlumatına görə, Qətərin "Al Kharaitiyat" MTQ tankeri artıq Hörmüz boğazını tərk edib və Pakistana doğru hərəkət edir, hazırda Oman körfəzindədir.

Tankerin Tehran tərəfindən razılaşdırılmış İran sahilləri boyu şimal marşrutu ilə keçdiyi ehtimal olunur.

"Equasis" məlumat bazasına əsasən, "Al Kharaitiyat" tankeri Qətərin "Nakilat" şirkətinə məxsusdur. "Nakilat" və "QatarEnergy" hələ ki vəziyyəti şərh etməyib.

TodayPress TV

XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər