Putinin Türkiyəyə səfəri gözlənilir

Putinin Türkiyəyə səfəri gözlənilir
16.12.2025 22:00 Dünya

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə rəsmi səfəri gözlənilir.

TodayPress TV xəbər verir ki, bu barədə “RİA Novosti” türk diplomatik mənbəsinə istinadən məlumat yayıb.

“Rusiya liderinə dəvət ən yüksək səviyyədə elan edilib. Biz bu səfəri səbirsizliklə gözləyirik və ümid edirik ki, gələn il həyata keçiriləcək”, - agentliyin mənbəsi bildirib.

Səfərin gələn il baş tutacağı bildirilsə də, dəqiq tarix açıqlanmayıb.

Qeyd edək ki, dekabrın 12-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Türkiyəyə səfər etmək dəvət aldığını açıqlayıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər