Putinin keçmiş müttəfiqinin əmlakı müsadirə edildi
Dünya
24.12.2025 12:18
Moskva Arbitraj Məhkəməsi “Rusnano”nun iddiası əsasında Anatoli Çubais və bir neçə keçmiş şirkət rəhbərinin aktivlərini müsadirə edib.
TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, bu qərar “Crocus” layihəsi ilə bağlı zərərin ödənilməsi məqsədilə verilib.
Müsadirə olunan şəxslər arasında Anatoli Çubais, Yuri Udaltsov, Oleq Kiselyov, Vladimir Avetisyan, Sergey Kalyujnı, həmçinin layihənin kuratorları Andrey Kuşnarev və Dmitri Lisenkov da var. Ümumilikdə 13 nəfərin aktivləri müvəqqəti olaraq müsadirə olunub.
Arbitraj məhkəməsi Çubaisin aktivlərini 11,9 milyard rubl məbləğində müsadirə edib. “Rusnano” bildirib ki, bu tədbirlər cavabdehlərin aktivlərini Rusiyadan kənara köçürməsinin qarşısını almaq məqsədi daşıyır.
“Rusnano”nun Xüsusi Tapşırıqlar üzrə Direktoru Yevgeni Frolov qeyd edib ki, məhkəmə iddiası şirkətin kapitalını bərpa etmək və hüquqlarını qorumaq üçün atdığı addımların bir hissəsidir.
2011-ci ildə təsdiqlənən “Crocus” layihəsi Rusiyada maqnitorezistiv təsadüfi giriş yaddaşının (MRA) istehsalını qurmağı hədəfləyirdi.
“Rusnano” hesab edir ki, layihəyə qoyulan investisiyaların bir hissəsi üçüncü tərəf hüquqi şəxslər tərəfindən geri qaytarılmayan şəkildə istifadə olunub.
Jalə Rövşən
tag: Vladimir Putin ,Anatoli Çubais,Moskva Arbitraj Məhkəməsi,Müsadirə ,Todaypress.tv,
