Putin və Tramp arasında telefon danışığı: Nələr müzakirə olundu?

Dünya

08.05.2026 21:39

Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ lideri Donald Tramp arasında yaxın zamanda telefon danışığı baş tutub.

TodayPress TV xəbər verir ki, bu barədə Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurası ilə keçirilən operativ müşavirədə məlumat verib.

Danışıq zamanı tərəflər digər məsələlərlə yanaşı , İkinci Dünya müharibəsində nasizmə qarşı birgə mübarizə və əldə olunan qələbəni müzakirə ediblər.

“Bu məsələni bu yaxınlarda ABŞ Prezidenti ilə telefon danışığında müzakirə etdik. Xatırladıq ki, biz nasizmə qarşı birlikdə mübarizə aparmış və birlikdə qalib gəlmişik”, – deyə Rusiya ldieri bildirib.

Aysel Mətləb

TodayPress TV

tag: Tramp,Putin,Danışıq,TodayPress TV,