Putin və Tokayev Sankt-Peterburqda görüşdü

Dünya

22.12.2025 18:15

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə ikitərəfli görüş keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, görüş MDB ölkələri liderlərinin ənənəvi qeyri-rəsmi toplantıları çərçivəsində baş tutub. Vladimir Putin MDB dövlət başçıları ilə bu formatda görüşləri 2017-ci ildən etibarən mütəmadi şəkildə keçirir, 2018-ci ildən isə həmin görüşlər Sankt-Peterburqda təşkil olunur.

Qeyd edək ki, MDB Liderlərinin son rəsmi Zirvə Görüşü oktyabr ayında Tacikistanın paytaxtı Düşənbədə baş tutub. Zirvə toplantısında təşkilat daxilində bir sıra regional və beynəlxalq məsələlər müzakirə edilib. Bundan əvvəl Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında da görüş keçirilmişdi.

Jalə Rövşən

TodayPress TV

tag: Vladimir Putin,Rusiya,Sankt-Peterburq,Kasım-Jomart Tokayev,Todaypress.tv,