Putin: “Rusiya İrana kömək etməyə hazırdır”
Rusiya Prezidenti Vladimir Putin Yaxın Şərqdə mürəkkəb vəziyyətin yarandığını bildirib.
TodayPress TV xəbər verir ki, Putin bu barədə Türkmənistanda iranlı həmkarı Məsud Pezeşkianla görüşü zamanı danışıb.
O qeyd edib ki, Rusiya Yaxın Şərqdə yaranmış vəziyyətin tənzimlənməsində İrana kömək etmək üçün hər şeyi etməyə hazırdır.
Putin həmçinin Moskvanın Tehranın regiondakı münaqişəni başa çatdırmaq üçün real cəhdlərini gördüyünü vurğulayıb.
Kübra Musayeva