Putin niyə liderləri dəvət etmədi? - prezident AÇIQLADI
Dünya
08.05.2026 22:39
Rusiya digər ölkə liderlərinə Qələbə Gününün qeyd olunması ilə bağlı rəsmi dəvətlər göndərməyib, lakin gəlmək istəyən hər kəsi məmnuniyyətlə qarşılayacağını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Kremldə keçirilən görüşdə məlumat verib.
“Biz heç kimi rəsmi şəkildə dəvət etməmişik. Sadəcə bildirdik ki, gəlmək istəyən hər kəsi görməyə şad olarıq”, - deyə Putin bildirib.
Rusiya lideri əlavə edib ki, bu yanaşma xüsusilə mövcud şəraitdə, o cümlədən təhlükəsizlik məsələləri baxımından aktual və təbii görünür:
“Xüsusilə də bu günkü vəziyyətdə bunun aktual və təbii olduğunu düşünürəm. Təhlükəsizliyin təmin olunması məsələlərini nəzərdə tuturam. Aleksandr Qriqoryeviç, burada olduğunuz üçün təşəkkür edirəm”.
Belarus Prezidenti Aleksandr Lukaşenko isə gülümsəyərək cavab verib:
“Bizim üçün heç bir təhlükəsizlik məsələsi maneə ola bilməz”.
Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya yaxın ölkələrin Moskvaya səfər planlarını “qəribə” adlandıraraq bunu tövsiyə etmədiyini bəyan edib:
“Rusiyaya yaxın olan bəzi dövlətlərdən onların nümayəndələrinin Moskvada olmağı planlaşdırdıqlarına dair müraciətlər almışıq. Bu günlərdə.. qəribə bir istəkdir. Biz bunu tövsiyə etmirik”.
Aysel Mətləb
tag: Putin,Qələbə,Lukaşenko,Rusiya,TodayPress TV,
