Polşa prezidenti Zelenskiyə kitab hədiyyə etdi
Dünya
20.12.2025 18:00
Polşa prezidenti Karol Navrotski Ukrayna prezidenti Volodimir Zelenskiyə iki cildlik “Volın qırğınının sənədləri” adlı kitab hədiyyə edib.
TodayPress TV xəbər verir ki, bu barədə Polşa KİV-ləri məlumat yayıb.
Kitabda Ukrayna millətçiləri tərəfindən polyak əhaliyə qarşı törədilmiş zorakılıqlarla bağlı şahid ifadələri və arxiv materialları yer alır. Volın qırğını zamanı Qərbi Ukraynada on minlərlə etnik polyakın öldürüldüyü bildirilir.
Navrotski və Zelenski dekabrın 19-da görüşüblər. Görüşdən sonra Polşa prezidenti Ukraynanın Polşanın göstərdiyi dəstəyi yetərincə qiymətləndirmədiyini bildirib və bu mövzunu Zelenski ilə müzakirə etdiyini qeyd edib.
Navrotski daha əvvəl də Polşa–Ukrayna münasibətlərində Volın qırğını məsələsinin hələ də həllini tapmadığını vurğulamışdı.
Jalə Rövşən
