Pentaqon: Çinin hərbi güclənməsi ABŞ-ni zəiflədir
Dünya
24.12.2025 11:39
Pentaqon ABŞ Konqresinin tələbi ilə Çin ordusunun imkanları və ABŞ üçün potensial təhlükə barədə hesabat dərc edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat verib.
Bildirilib ki, sənəddə Çin ordusunun getdikcə daha da təkmilləşdiyi və möhkəmləndiyi təsvir olunur. Məlumatda göstərilir ki, Çin ABŞ ilə genişmiqyaslı müqavilələrdən ehtiyat edir və Tayvana təzyiqi artırmaqla Rusiyanın Ukraynadakı uğursuzluqlarından dərs çıxarır.
"Çin və Rusiya strateji tərəfdaşlıqlarını dərinləşdirməyə davam edirlər və bu, şübhəsiz ki, ABŞ-yə qarşı ortaq maraqdan irəli gəlir. Lakin Pekin və Moskva arasındakı əməkdaşlığa iki tərəf arasında "qarşılıqlı inamsızlıq" mane olur", - deyə hesabatda bildirilib.
Nəşrin məlumatına görə, sənədin dərc olunması, Çinin yaratdığı təhlükədən daha çox Qərb yarımkürəsi və daxili məsələlərə diqqət yetirən Milli Təhlükəsizlik Strategiyasının dərc olunmasından sonra baş verib.
Aysel Mətləb
tag: Pentaqon,Çin,ABŞ,Hərb,Tdoaypress.tv,
