Pentaqon açıqladı: İran müharibəsi ABŞ-yə milyardlara başa gəlib

Dünya

12.05.2026 21:29

Pentaqonun maliyyə direktoru Culs Herstin məlumatına görə, ABŞ-nin İranla müharibəyə ümumi xərcləri 29 milyard dollara yaxınlaşıb.

TodayPress TV xəbər verir ki, bu haqda “The Guardian” məlumat yayıb.

Herstin sözlərinə görə, Yaxın Şərqdəki münaqişənin ilk iki ayı ABŞ büdcəsinə 25 milyard dollara başa gəlib. O vaxtdan bəri Vaşinqtonun xərcləri təxminən 4 milyard dollar artıb.

“Reuters”in məlumatına görə, İranda müharibə uzanarsa, ABŞ-nin son hərbi xərcləri daha çox ola bilər. Konqres yaxın gələcəkdə Vaşinqtonun bu məqsədlər üçün əlavə maliyyəyə ehtiyac duyacağı ehtimalını istisna etmir. Nəticədə ölkənin yekun xərcləri ən azı 50 milyard dollara çata bilər.

TodayPress TV

tag: ABŞ,İran,İsrail,Hörmüz,Todaypress.tv,