Pekində tarixi imza: Tacikistan və Çin arasında "əbədi dostluq" müqaviləsi
Dünya
12.05.2026 20:32
Tacikistan Prezidenti Emoməli Rəhmon və Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində keçirilən danışıqların yekununda iki ölkə arasında əbədi dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında müqavilə imzalayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə Tacikistan liderinin mətbuat xidməti məlumat yayıb.
“İki dövlətin başçıları - hörmətli Emoməli Rəhmon və hörmətli Si Cinpin – Tacikistan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin yeni dövrdə dərinləşdirilməsi haqqında birgə bəyanatı, eləcə də Tacikistan Respublikası ilə Çin Xalq Respublikası arasında əbədi dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında müqaviləni imzalayıblar”, – deyə dövlət başçısının rəsmi saytında yayılan məlumatda bildirilir.
Qeyd edək ki, Rəhmonun 11–14 may tarixlərini əhatə edən dövlət səfəri Çində baş tutur.
Aysel Mətləb
tag: Tacikistan ,Emoməli Rəhmon,Çin ,Si Cinpin,TodayPress TV,
