Paşinyanı Rusiyada boykot etdilər

Dünya

24.12.2025 12:07

Dekabrın 22-də Sankt-Peterburqda Ermənistanın Baş naziri Nikol Paşinyan erməni icmasının nümayəndələri ilə görüş keçirib.

TodayPress TV Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüş zamanı beş iştirakçı zalı tərk edib.

Paşinyan onları geri qayıtmağa və suallarını verməyə dəvət edib, lakin gənclər cavabların kifayət etmədiyini bildirərək zalı tərk ediblər.

Baş nazirin sözçüsü bildirib ki, görüşə yerli erməni icmasının rəhbərləri, ictimai və mədəni təşkilatların üzvləri, iş adamları və fəal gənclər dəvət olunub. İştirakçılar xüsusi siyahı əsasında seçilib və giriş yalnız dəvət olunanlarla məhdudlaşdırılıb.

Görüş zamanı Paşinyan iştirakçıların suallarını cavablandırıb, əsas mövzular icma ilə əlaqələr, yerli məsələlər və suallar olub. Görüşdə həmçinin diasporun təşəbbüsləri, icma layihələri və yerli problemlər müzakirə edilib.

Tədbir zamanı bəzi gənclər və tələbələr cavablarla razılaşmadıqlarını bildirərək zalı tərk ediblər.

Jalə Rövşən

TodayPress TV

tag: Rusiya ,Sank-Peterburq,Ermənistanın Baş naziri Nikol Paşinyan,Baykot ,Todaypress.tv,