Paşinyandan diqqətçəkən AÇIQLAMA: “Rusiyanın müttəfiqi deyilik”

Paşinyandan diqqətçəkən AÇIQLAMA: “Rusiyanın müttəfiqi deyilik”
07.05.2026 21:55 Dünya

Ermənistan Ukraynaya qarşı müharibədə Rusiyanın müttəfiqi olmadığını rəsmən təsdiqləyib və Kiyevə humanitar dəstək verməkdə davam edir.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı danışıb.

O, ölkəsinin Ukrayna məsələsi ilə bağlı kursunun dəyişməz qaldığını vurğulayıb və xatırladıb ki, İrəvan humanitar yardım göstərməyə, o cümlədən Kremlin hərəkətlərindən kənarda durmağa davam edir.

"Mən artıq bu mövzuda bəyanatlar vermişəm. Biz Ukraynaya humanitar yardım göndərmişik və mən demişəm ki, Ukrayna məsələsində biz Rusiyanın müttəfiqi deyilik", - deyə Paşinyan vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər