Paşinyan istefaya gedir - Onu kim əvəzləyəcək?
Dünya
08.05.2026 10:57
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün istefa verəcək.
TodayPress TV xəbər verir ki, Paşinyan bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyanla dünən keçirdiyi görüşdə bildirib.
O qeyd edib ki, iyunun 7-də keçirilməsi nəzərdə tutulan parlament seçkilərində iştirak etmək üçün mayın 8-də istefa verəcək. Seçkilərə qədər yalnız mayın 28-də Baş nazir kimi öz fəaliyyətini davam etdirəcək. Bunun səbəbi isə həmin tarixdə Müstəqil günü kimi rəsmi bayramda üzərinə düşən vəzifələrin icrası ilə bağlıdır.
"Milli bayramda yerinə yetirməli olduğum müəyyən öhdəliklərim olduğu üçün istefamı yalnız 28 mayda dayandıracağam, çünki işlə bağlı bəzi məsələlər də yarana bilər. Amma ümumilikdə, seçki kampaniyasında iştirak etməyi planlaşdırıram”.
Nicat Osmanlı
tag: Ermənistan,Paşinyan,Baş nazir,İstefa,Todaypress.tv,
