Paraddan əvvəl ağır bombardıman - Moskva-Kiyev xətti atəş altında

Paraddan əvvəl ağır bombardıman - Moskva-Kiyev xətti atəş altında
08.05.2026 10:50 Dünya

Rusiya Müdafiə Nazirliyi gecə baş verən hərbi əməliyyatlarla bağlı açıqlama yayıb.

TodayPress TV xəbər verir ki, nazirlik Ukrayna tərəfinin Rusiyaya qarşı məqsədli destruktiv fəaliyyət göstərdiyini və bunun atəşkəs rejiminin pozulmasına səbəb olduğunu bildirib.

Açıqlamada qeyd olunub ki, bu səbəbdən Rusiya Silahlı Qüvvələri “qarşılıqlı cavab tədbirləri” həyata keçirib. Bildirilir ki, reaktiv yaylım atəşi sistemləri, artilleriya və minaatanların mövqeləri, eləcə də komanda məntəqələri və pilotsuz uçuş aparatlarının buraxılış yerləri hədəf alınıb.

Qeyd edək ki, tərəflər arasında gərginlik davam etməkdədir.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər