Pakistan İran aviasiyasını öz ərazisində gizlədir - İDDİA
Dünya
12.05.2026 15:06
İslamabad açıq şəkildə ABŞ ilə İran arasında “sülhməramlı” rolunu oynadığını göstərsə də, arxa planda tam başqa hadisələr baş verir.
TodayPress TV xəbər verir ki, "CBS"nin məlumatına görə, Pakistan İranın hərbi təyyarələrini, o cümlədən RC-130 kəşfiyyat təyyarəsini, Ravalpindi yaxınlığındakı strateji Nur Xan aviabazasına yerləşdirməsinə gizlicə icazə verib.
Eyni zamanda İran öz mülki aviasiyasının bir hissəsini Əfqanıstanda gizlətməyə başlayıb. Mahan Air-ə məxsus təyyarələrdən biri hücum təhlükəsi səbəbindən Kabildən Herata köçürülüb.
Pakistan və “Taliban” bu iddiaları inkar edir. Lakin ABŞ rəsmiləri hesab edirlər ki, bu sxem İranın ABŞ və İsrailin mümkün zərbələrindən qorunmaq üçün aviasiya aktivlərini gizlətmək məqsədi daşıyır.
tag: İslamabad ,ABŞ,İran,Pakistan ,Todaypress.tv,
