Orban Ukraynaya 90 milyard avroluq kreditini “müharibə məntiqi” adlandırdı
Dünya
20.12.2025 13:15
Macarıstanın baş naziri Viktor Orban Aİ-nin Ukraynaya 90 milyard avroluq kredit ayırmasını tənqid edib.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, o, Avropa İttifaqı tarixində ilk dəfə olaraq blokdan kənar bir ölkəyə hərbi məntiq əsasında kredit verildiyini deyib.
Orbanın sözlərinə görə, bu kreditin geri qaytarılması Ukraynanın iqtisadi inkişafı ilə deyil, “hərbi qələbə” ilə əlaqələndirilir. Baş nazir bunu “sülh yox, Brüsselin hərbi məntiqinin legitimləşdirilməsi” adlandırıb.
O, həmçinin qeyd edib ki, münaqişədə mümkün məğlubiyyət Avropa ölkələri üçün də ciddi maliyyə itkiləri demək olacaq və Macarıstanın Ukraynadakı müharibəni uzadan təşəbbüslərdə iştirak etmədiyini vurğulayıb.
Qeyd edək ki, Aİ liderləri 2026–2027-ci illər üçün Ukraynaya 90 milyard avroya qədər vəsaitin faizsiz kredit şəklində ayrılması barədə razılığa gəliblər.
Jalə Rövşən
tag: Viktor Orban ,Ukrayna,Macarıstan,Yardım,Todaypress.tv,
