Nərgiz Məhəmmədi azadlığa buraxıldı

Dünya

11.05.2026 11:45

Güney azərbaycanlı siyasi məhbus və Nobel sülh mükafatı laureatı Nərgiz Məhəmmədi müalicə üçün həbs cəzasının icrasının dayandırılması barədə qərar verildikdən sonra Tehrandakı Pars xəstəxanasında yerləşdirilib.

TodayPress TV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Nərgiz Fondu məlumat yayıb.

Fond bu köçürmənin yüksək təhlükəsizlik tədbirləri altında həyata keçirildiyini açıqlayıb.

Nərgiz Məhəmmədinin böyük girov müqabilində müvəqqəti azadlığa buraxıldığı bildirilib.

TodayPress TV

tag: Nərgiz Məhəmmədi,Tehran,Həbs,Cəza,Todaypress.tv,