NATO ölkəsi lideri qələbə günündə Moskvaya getdi
Dünya
09.05.2026 13:35
Slovakiya Baş naziri Robert Fiko Rusiyada keçirilən Qələbə Günü tədbirlərində iştirak etmək üçün Moskvaya səfər edib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Fiko hərbi paradın özündə iştirak etməsə də, parad bitdikdən sonra keçirilən rəsmi mərasimdə yer alıb. Baş nazir Kreml divarı yaxınlığındakı "Naməlum Əsgər" məzarına çələng qoyub və tədbirdə iştirakını reallaşdırıb.
Xatırladaq ki, daha əvvəl, o, açıqlamışdı ki, Moskvaya səfər edəcək, Rusiya Prezidenti Vladimir Putinlə qısa görüş keçirəcək, lakin Qırmızı Meydanda keçirilən hərbi paradda iştirak etməyəcək. O, yalnız çələng qoyma mərasimində iştirak edəcəyini bildirmişdi.
Qeyd edək ki, bu səfər Avropa İttifaqı və NATO üzvü olan ölkənin baş naziri tərəfindən Qələbə Günü tədbirlərində iştirak baxımından diqqət çəkən nadir hallardan biri kimi qiymətləndirilir. Səfər zamanı bəzi diplomatik məsələlər, o cümlədən hava məkanı ilə bağlı texniki çətinliklər də yaşanıb.
Jalə Rövşən
tag: Robert Fiko,Slovakiya, Moskva,Kreml ,Todaypress.tv,
