Moskvada mobil internet tam söndürüləcək - SƏBƏB
May ayının 9-da Moskvada mobil internet tam söndürüləcək.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, mayın 9-da Moskvada mobil internetə, o cümlədən veb saytların "ağ siyahısına" girişə və SMS mesajlarına müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
Nazirlik evlərdəki internetin və "Wi-Fi"nin normal qaydada işləyəcəyini, 7-8 may tarixlərində mobil internetə çıxışı məhdudlaşdırmağı planlaşdırmadıqlarını açıqlayıb.