Moskvada internetə TAM MƏHDUDİYYƏT: "Ağ siyahı" belə ləğv edilir

Dünya

08.05.2026 14:45

Qələbə Günü münasibətilə keçiriləcək bayram tədbirlərinin təhlükəsizliyini təmin etmək məqsədilə mobil internetə çıxış tamamilə məhdudlaşdırılacaq. Bu məhdudiyyət yalnız adi internet resurslarına deyil, həm də “ağ siyahı”ya (xüsusi icazəli resurslar) daxil olan saytlara şamil olunacaq.

TodayPress TV xəbər verir ki, Rusiya Rəqəmsal İnkişaf Nazirliyi bu barədə rəsmi açıqlama verib.

Nazirliyin məlumatında qeyd olunub:  

“Qələbə Günü bayram tədbirlərinin təhlükəsizliyini təmin etmək məqsədilə 9 may tarixində Moskva şəhərində mobil internetə çıxış — o cümlədən ‘ağ siyahı’ya daxil olan resurslar — və SMS xidmətlərinə müvəqqəti məhdudiyyət tətbiq olunacaq.”

Eyni zamanda SMS mesajlaşma xidmətləri də müvəqqəti olaraq işləməyəcək.

Jalə Rövşən 

TodayPress TV

tag: 9 May ,Rusiya ,Parad ,İnternet ,Todaypress.tv,