Moskva TƏSDİQLƏDİ – Trampın təşəbbüsü qəbul edildi

Dünya

08.05.2026 23:01

Rusiya ABŞ Prezidenti Donald Trampın 9–11 may tarixlərində Ukrayna ilə atəşkəs və bu müddətdə “minə-min” formatında hərbi əsir mübadiləsi ilə bağlı təşəbbüsünü qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin tapşırığı əsasında ABŞ lideri tərəfindən irəli sürülən təşəbbüsün Rusiya tərəfi üçün qəbuledilən olduğu təsdiqlənib.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin tapşırığı ilə bildirirəm ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən yenicə irəli sürülən və Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi məqsədilə atəşkəsin tətbiqini nəzərdə tutan təşəbbüs Rusiya tərəfi üçün məqbul hesab olunur”, – deyə Uşakov bildirib.

Aysel Mətləb

TodayPress TV

tag: Uşakov,Rusiya,Ukrayna,Tramp,TodayPress TV,