Modinin helikopteri duman səbəbindən eniş edə bilmədi

Dünya

20.12.2025 16:30

Hindistanın baş naziri Narendra Modini daşıyan vertolyot sıx duman səbəbindən Qərbi Benqaliyaya eniş edə bilməyib.

TodayPress TV xəbər verir ki, bu barədə "Times of India" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, vertolyot bir müddət planlaşdırılan eniş meydançası üzərində dövrə vurduqdan sonra Kalkutta hava limanına qayıdıb. Hadisə zamanı hər hansı insident baş verməyib, baş nazirin təhlükəsizliyinə risk yaranmayıb.

Qeyd olunur ki, bölgədə hava şəraitinin kəskin pisləşməsi uçuşa maneə yaradıb. Duman səbəbindən Hindistanın bir sıra bölgələrində aviasiya hərəkətində çətinliklər müşahidə olunur.

Xatırladaq ki, dekabrın əvvəlində Rusiya prezidenti Vladimir Putin Hindistana rəsmi səfər edib. Səfər çərçivəsində Yeni Dehlidə Putin və Modi arasında danışıqlar aparılıb və tərəflər strateji tərəfdaşlığın inkişafı ilə bağlı birgə bəyanat yayıblar.

Jalə Rövşən 

TodayPress TV

tag: Hindistan ,Təyyarə ,Duman ,Rusiya ,Todaypress.tv,