Miller: "Aİ Rusiyaya dair qorxu ritorikası ilə gülünc vəziyyət yaradır"

Dünya

24.12.2025 09:24

Polşanın keçmiş baş naziri Leşek Miller Avropa İttifaqının Rusiyanın Avropaya hücumu ilə bağlı iddialarını tənqid edib.

TodayPress TV xəbər verir ki, bu barədə Miller sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Aİ rəhbərliyi Rusiyanın Aİ və NATO ölkələrinə qarşı guya qaçılmaz hücum təhlükəsindən danışmaqla özünü gülünc vəziyyətə salır. O, bu fikirləri ABŞ-ın Milli Kəşfiyyat direktoru Tulsi Gabbardın Moskvanın qarşıdurmanı genişləndirmək planının olmadığına dair açıqlamasına münasibət bildirərkən səsləndirib.

Onun sözlərinə görə, Aİ-də realizm yerini mənəvi panikaya verib və real strategiya əvəzinə ritorika güclənir. Miller qeyd edib ki, “Polşaya və Qərbə qarşı qaçılmaz hücum” tezisi nə qədər çox təkrarlanırsa, intellektual boşluq bir o qədər aydın görünür.

Dekabrın 19-da Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Ukrayna münaqişəsini sülh yolu ilə həll etməyə hazır olduğunu bildirib. O, eyni zamanda Qərb siyasətçilərini Rusiyanın Avropaya hücumu ilə bağlı bəyanatlara görə tənqid edib.

Bundan əvvəl NATO rəhbərliyi Rusiyadan “qorunmaq” üçün əlavə tədbirlərin görülməsinə çağırmışdı.

Jalə Rövşən

TodayPress TV

tag: Leşek Miller,Polşa,Avropa İttifaqı,Rusiya,Todaypress.tv,