Mexiko sürətlə yerin altına çökür

Dünya

07.05.2026 19:15

Meksikanın paytaxtı Mexiko şəhərində torpaq sürətlə çökməyə davam edir.

TodayPress TV xəbər verir ki, bu barədə CNN ABŞ-nin NASA məlumatlarına istinadən reportaj yayıb.

Məlumata görə, Yer səthinin radar müşahidəsi üçün nəzərdə tutulan NISAR peyki şəhərdə torpaq qatının ildə 10–24 santimetr arasında aşağı çökdüyünü qeydə alıb.

Ən sürətli çökmə Benito Xuares adına beynəlxalq hava limanı və paytaxtın əsas prospektində yerləşən “Müstəqillik mələyi” abidəsi ətrafında müşahidə olunur.

Bildirilir ki, şəhər qədim gölün üzərində salındığı üçün problem daha da dərinləşir. Həmin yeraltı su ehtiyatları hazırda 22 milyon sakinin içməli su tələbatının təxminən 60 faizini təmin edir.

Uzun illər ərzində intensiv su çıxarılması nəticəsində yeraltı qatlar boşalır və torpaq çökməyə başlayır.

Qeyd olunur ki, son yüz ildə Mexiko şəhəri ümumilikdə 12 metr aşağı çöküb.

Qiymət Mahir

tag: TodayPress TV,ABŞ,Meksika,Mexiko ,TodayPress TV,