"Meksikanı narkokartellər idarə edir" - Trampdan qalmaqallı açıqlama

"Meksikanı narkokartellər idarə edir" - Trampdan qalmaqallı açıqlama
08.05.2026 23:55 Dünya

ABŞ Prezidenti Donald Tramp Meksikada hakimiyyətin faktiki olaraq narkokartellərin əlində olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o Ağ Evdə çıxışında deyib.

"Meksikanı kartellər idarə edir və başqa heç kim. Kartellər. Onlar sadəcə oranı idarə edirlər", - ABŞ lideri bildirib.

Trampın sözlərinə görə, sintetik opioid fentanilin ABŞ-yə qeyri-qanuni yolla gətirilməsi məhz bununla izah olunur.

Bunun fonunda son həftələrdə iki ölkə arasındakı münasibətlərdə yeni gərginlik dalğası müşahidə olunur. Daha əvvəl Tramp narkotik qaçaqmalçılığı ilə mübarizəni aktivləşdirmək məqsədilə ABŞ-nin Meksikanın daxili işlərinə müdaxilə etməyə hazır olduğu barədə faktiki olaraq xəbərdarlıq edib.

Bundan əlavə, "CBS News" telekanalı mayın 7-də xəbər verib ki, Tramp administrasiyası ABŞ ərazisindəki Meksikanın 53 konsulluq idarəsinin fəaliyyətinə, onların bir hissəsinin mümkün bağlanması ilə, yenidən baxış keçirməyə başlayıb.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər