Makron Afrikaya milyardlarla avroluq investisiya elan etdi

Dünya

11.05.2026 22:22

Fransa Prezidenti Emmanuel Makron Afrika üçün 23 milyard avro həcmində investisiya elan edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, Keniyanın Nayrobi şəhərində keçirilən “Africa Forward” biznes forumunun bağlanışında açıqlama verib.

Makron bildirib ki, 23 milyard avroluq investisiyanın 14 milyard avrosu sırf Fransanın dövlət və özəl sektor investisiyaları olacaq.

Qeyd edək ki, Fransadan gələcək investisiyalara həm özəl sektor iştirakçıları, həm də Fransanın inkişaf yardımı operatorlarının həyata keçirdiyi layihələr daxildir.

Qalan 9 milyard avro (10,5 milyard dollar) isə Afrika investorları tərəfindən təmin olunacaq.

“Bu investisiyalar Fransa və Afrikada 250 mindən çox birbaşa iş yeri yaradacaq”, - deyə Fransa lideri əlavə edib.

O, bu investisiyaları Fransa ilə Afrika arasında münasibətlərdə “yanaşmanın dəyişməsi” kimi qiymətləndirib.

Aysel Mətləb

TodayPress TV

tag: Afrika,Fransa,İnvestisiya,Makron,TodayPress TV,