Lavrov Rusiya-Afrika görüşü ilə bağlı gözləntilərini açıqladı

Dünya

20.12.2025 17:00

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Rusiya və Afrika ölkələrinin liderlərinin Qahirədə keçiriləcək nazirlər görüşündən əməkdaşlığın genişləndirilməsinə dair konkret təkliflər gözlənildiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Lavrovun sözlərinə görə, 20 dekabrda baş tutacaq görüşdə diplomatlardan Rusiya–Afrika münasibətlərinin çoxşaxəli inkişafına yönəlmiş konstruktiv qərarlar və əlaqələndirilmiş təşəbbüslər təqdim olunması gözlənilir. O vurğulayıb ki, qarşıdan gələn üçüncü Rusiya–Afrika sammitinə real və ölçülə bilən nəticələrlə getmək vacibdir.

Qeyd edək ki, Rusiya–Afrika Tərəfdaşlıq Forumunun ilk nazirlər konfransı ötən ilin noyabrında keçirilib. Həmin vaxt Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Afrika ölkələri arasında əməkdaşlığın daha intensiv və çoxşaxəli xarakter aldığını bildirmişdi.

Jalə Rövşən

TodayPress TV

tag: Sergey Lavrov ,Vladimir Putin ,Afrika,Qahirə ,Todaypress.tv,