Kubaya qarşı sərt plan: Əsas gücü sanksiya altına düşdü
Dünya
07.05.2026 21:04
ABŞ Kuba iqtisadiyyatının təxminən 40%-nə nəzarət edən “GAESA” konqlomeratına, həmçinin onun rəhbərinə və ada dövlətində nikel hasilatı ilə məşğul olan birgə müəssisəyə qarşı sanksiyalar tətbiq edib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio bəyan edib.
O dəqiqləşdirib ki, bu məhdudiyyətlər ABŞ Prezidenti Donald Tramp tərəfindən mayın 1-də imzalanmış, Kubaya qarşı birtərəfli sanksiyalar rejiminin kəskin sərtləşdirilməsi haqqında fərman əsasında tətbiq olunur. Sənəddə birbaşa qeyd olunub ki, məhdudiyyətlər, o cümədən üçüncü ölkələrə də şamil edilə bilər.
Rubionun yazılı bəyanatında bildirilib ki, sanksiyaların təsir dairəsinin “GAESA” şirkətinə, bu təşkilatın rəhbəri Anya Gilyermina Lastres Moreraya və "MNSA” birgə müəssisəsinə şamil edilməsi barədə qərar qəbul olunub. Sonuncu müəssisə Kanadanın "Sherritt International" şirkəti və Kubanın "La Compania General de Niquel" şirkəti tərəfindən yaradılıb.
Aysel Mətləb
tag: ABŞ,Kuba,Sanksiya,Marko Rubio,TodayPress TV,
