Kruizdən sonra ciddi tədbir - yeni məhdudiyyətlər tətbiq olunacaq

Kruizdən sonra ciddi tədbir - yeni məhdudiyyətlər tətbiq olunacaq
09.05.2026 01:28 Dünya

Niderland hakimiyyəti "MV Hondius" gəmisinin göyərtəsində aşkarlanan hantavirusa kütləvi yoluxma səbəbindən sərnişinlər və heyət üzvləri üçün onlar ölkəyə qayıtdıqdan sonra altı həftəlik ev karantin rejimi tətbiq etməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə "NU.nl" portalı Niderlandın səhiyyə naziri Sofi Hermansın parlamentə göndərdiyi məktuba istinadən məlumat yayıb.

Söhbət laynerin Kanar adalarına gəlişindən sonra repatriasiya olunacaq on vətəndaşdan gedir.

Bununla belə, hakimiyyət orqanları hələ təcrid rejiminin tətbiqinin necə nəzarət olunacağını müəyyənləşdirməyiblər.

TodayPress TV

XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər