Keşm adasında partlayışlar: Bəhmən limanında nə baş verir?

Dünya

07.05.2026 23:27

Ehtimal olunur ki, hücum BƏƏ tərəfindən həyata keçirilib. Həmçinin döyüş təyyarələri vizual müşahidəçilər tərəfindən aydın şəkildə görülüb.

xxx

Baş verən atışma zamanı Bəhmən limanının bəzi ticarət bölmələri hədəfə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat “Fars” agentliyinin Bəndər-Abbasdakı araşdırmaları nəticəsində müəyyən edilib.

Yerli mənbələrin məlumatına əsasən, ən azı iki partlayış Keşm adasındakı Bəhmən limanı və ona bitişik doklar ərazisində baş verib. Bununla yanaşı, döyüş aviasiyasının uçuşları barədə məlumat daxil olmayıb.

İlkin məlumata görə, partlayış səslərinin mənbəyi Bəndər-Həmir ilə Bəndər-Pol arasında yerləşən yeraltı bazadan raket buraxılışları ola bilər.

Qeyd edək ki, həmin obyekt daha əvvəl ABŞ ilə İran arasında münaqişə zamanı zərbələrə məruz qalmışdı.

Aysel Mətləb

TodayPress TV

tag: İran,Bəhmən ,ABŞ ,Bəndər-Pol,TodayPress TV,