Keçmiş prezident Paşinyanın yerinə onu seçmək istəyir

Dünya

25.12.2025 11:13

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan tərəfindən qurulan ANK (Ermənistan Milli Konqresi) 2026-cı il parlament seçkilərində müstəqil şəkildə iştirak edəcəyini açıqlayıb.

TodayPress TV  Ermənistan KİV-ə istinadən xəbər verir ki, partiya digər siyasi qüvvələrlə əməkdaşlığa açıq olduğunu bildirir, lakin birləşmənin yalnız onların siyasi oxu ətrafında baş verəcəyi vurğulanır.

Cümə günü ANK "Holiday Inn" otelində bayramqabağı tədbir keçirəcək və burada seçkilərdə iştirak formatını açıqlayacaq, həmçinin baş nazir vəzifəsinə namizədini təqdim edəcək. Məlumata görə, baş nazir namizədi partiyanın vitse-sədri Levon Zurabyan olacaq.

Tədbirdə iştirak edən ANK üzvü Aram Manukyan sualı eşidəndə təəccübləndiyini bildirərək, "Bu baş verməyəcək" cavabını verib və hər şeyin tədbirdə aydınlaşacağını əlavə edib.

Qeyd edək ki, partiyaların seçkilərdə iştirakı üçün girov məbləği 7,5 milyon dram, bloklar üçün isə 15 milyon dramdır. Seçkiqabağı kampaniyanın xərcləri də əlavə olunduqda, seçkilərdə iştirakın ucuz bir proses olmadığı aydın olur.

Jalə Rövşən 

TodayPress TV

tag: Ermənistan, Levon Ter-Petrosyan, Parlament seçkiləri,Ermənistan Milli Konqresi,Todaypress.tv,