Kaya Kallas məhkəmə qərarından sonra rəsmi üzr istədi

Dünya

21.12.2025 10:36

Estoniya məhkəməsinin böhtan iddiası üzrə qərarından sonra Avropa diplomatiyasının rəhbəri Kaya Kallas sosial şəbəkə hesabında rəsmi üzr paylaşıb.

TodayPress TV xəbər verir ki, "EADaily"nin məlumatına görə, Kaya Kallas Estoniya məhkəməsinin qərarına əsasən “Ailəni və ənənələri müdafiə fondu”na (SAPTK) açıq şəkildə üzr istəməyə məcbur olub.

Üzrxahlıq mətni "Facebook" platformasında yerləşdirilib.

Məhkəmə işi Kallasın 17 fevral 2022-ci ildə SAPTK-nı polis əməkdaşlarına hücumda və 2021-ci ilin payızında icazəsiz mitinq təşkilində ittiham etməsi ilə bağlı olub. Dekabr ayında Harju dairə məhkəməsi bu iddiaların əsassız olduğunu tanıyıb.

Sosial şəbəkə istifadəçiləri şərhlərdə Kallası təkcə fond qarşısında deyil, bütün Estoniya vətəndaşları qarşısında da üzr istəməyə çağırıblar.

Qiymət Mahir

tag: Kaya Kallas,SAPTK,Üzr,Sosial şəbəkə,Todaypress.tv,