Kamboca-Tailand sərhədində ölənlərin sayı 17-yə çatdı

Kamboca-Tailand sərhədində ölənlərin sayı 17-yə çatdı
17.12.2025 13:15 Dünya

Kamboca ilə Tailand arasında davam edən sərhəd münaqişəsində ölənlərin sayı artıb.

TodayPress TV xəbər verir ki, bu barədə Kamboca Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, toqquşmalar nəticəsində biri azyaşlı uşaq olmaqla 17 kambocalı həlak olub, 77 nəfər yaralanıb.

Bildirilir ki, Tailand ordusu ağır silahlardan, F-16 qırıcılarından, raketlərdən və dronlardan istifadə edir. Kamboca tərəfi Tailandı hücumları dayandırmağa və mülki əhaliyə qarşı zorakılığa son qoymağa çağırıb.

Xatırladaq ki, silahlı toqquşmalar Tailand-Kamboca sərhədində 7 dekabrdan başlayıb. Hər iki tərəf münaqişənin başlanmasına görə bir-birini ittiham edir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər