İsveçdə sanksiyalı tanker əməliyyatı: Rusiyalı kapitan azad olundu

İsveçdə sanksiyalı tanker əməliyyatı: Rusiyalı kapitan azad olundu
07.05.2026 21:23 Dünya

İsveç hakimiyyət orqanları Avropa İttifaqının (Aİ) sanksiya siyahısında olan tankerinin rusiyalı kapitanını azadlığa buraxıb.

TodayPress TV xəbər verir ki, bu barədə İsveçin ictimai yayımçısı “SVT” məlumat yayıb.

Məlumata görə, mart ayının ortalarında Sahil Mühafizəsi “Sea Owl 1” tankerinin göyərtəsinə çıxıb, bundan sonra rusiyalı kapitan gəminin İsveçin ərazi sularında saxta bayraq altında hərəkət etməsi şübhəsi ilə saxlanılaraq həbs edilib.

Qeyd olunur ki, Komor adaları bayrağı altında üzən gəmi Aİ-nin sanksiya siyahısına daxildir. Sahil Mühafizəsinin məlumatına görə, tanker son illərdə Rusiya ilə Braziliya arasında neft məhsullarının daşınmasını həyata keçirib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər