İstanbulda zəncirvari qəza - Xəsarət alanlar var
İstanbul şəhərinin Çekmeköy rayonunda yeddi avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
TodayPress TV xəbər verir ki, hadisə Taşdelen tunelində qeydə alınıb.
Tuneldə ilk olaraq iki avtomobil toqquşub, arxadan gələn 5 avtomobil isə qəza törətmiş nəqliyyat vasitələrinə çırpılıb.
Hadisə nəticəsində yeddi nəfər xəsarət alıb.
Aynur TAC