İsrail "Hizbullah"ın obyektlərinə zərbə endirdi - VİDEO

Dünya

07.05.2026 11:50

İsrail Müdafiə Qüvvələri (İDF) Livanın cənubunda "Hizbullah" təşkilatına məxsus 15-dən çox hədəfə zərbələr endirib.

TodayPress TV xəbər verir ki, zərbələr nəticəsində silah anbarları, istehsal sahələri, komanda məntəqələri, raket qurğuları və digər hərbi obyektlər hədəf alınıb.

Bildirilir ki, məhv edilən bəzi raket qurğularından İsrail ərazisinə hücumlarda istifadə olunduğu iddia edilir.

Eyni zamanda son saatlarda "Hizbullah" tərəfindən Livanın cənubunda İsrail hərbçilərinə bir neçə raketin atıldığı bildirilir. Hadisə nəticəsində xəsarət alan olmayıb.

TodayPress TV

tag: İsrail,Hizbullah,Zərbə,Mövqe,Todaypress.tv,