İrəvanın Moskvaya "soyuq" münasibəti: Mirzoyan etiraz notasını müzakirə etməyəcək

Dünya

12.05.2026 20:58

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın rusiyalı həmkarı Sergey Lavrovla İrəvana təqdim olunan etiraz notasını müzakirə etmək niyyəti yoxdur.

TodayPress TV xəbər verir ki, bu barədə Mirzoyan İrəvanda jurnalistlərin Lavrovla mümkün danışıqlar barədə sualını cavablandırarkən bildirib.

“Müzakirə üçün xüsusi bir mövzu görmürəm”, - deyə o bildirib.

Bununla belə, o qeyd edib ki, Ermənistan tərəfi rusiyalı tərəfdaşlarla daimi təmasdadır.

Xatırladaq ki, mayın 7-də Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyan Rusiya XİN-ə çağırılıb. Orada ona İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammiti zamanı Ukrayna Prezidenti Volodimir Zelenskiyə "tribuna" verilməsinin "qətiyyən qəbulolunmaz" olduğu bildirilmişdi.

Aysel Mətləb

TodayPress TV

tag: Mirzoyan ,Lavrov,İrəvan,Ermənistan,TodayPress TV,