İranın qalib gəldiyi müharibədə 7 ABŞ əsgəri ölüb, 80 İran generalı...

Dünya

07.05.2026 11:30

İran Parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ administrasiyasını Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün dəniz eskort əməliyyatlarını dayandırdığına görə kəskin tənqid edib.

TodayPress TV  xəbər verir ki, bu barədə ABŞ ilə aparılan danışıqlarda İslam Respublikasının əsas müzakirəçilərindən biri olan Qalibaf sosial şəbəkə "X"da yazıb.

“Mənə etibar et” əməliyyatı uğursuz oldu. İndi isə “Fauxios” əməliyyatı ilə adi işlərə qayıdaq”-, deyə Qalibaf qeyd edib. 

O, burada Faux + Axios söz oyunu, yəni “saxta Axios”a  qayıdıldığını bildirir. Qalibaf bununla ABŞ mediası (xüsusilə Axios) və Tramp administrasiyasının informasiya siyasətini, xüsusilə Hörmüz boğazı və mümkün razılaşma xəbərlərini ironik şəkildə tənqid edir.

Qeyd edək ki, bu açıqlama ABŞ Prezidenti Donald Trampın Çərşənbə axşamı günü Hörmüz boğazı ilə bağlı dəniz əməliyyatlarına fasilə elan etməsindən sonra verilib. Tramp fasiləni Pakistan və digər ölkələrin xahişi ilə verdiyini bildirib və “İranla danışıqlarda böyük irəliləyiş” əldə olunduğunu iddia edib.

Qalibafın ironik tonu iki ölkə arasında gərginliyin davam etdiyini və İranın Vaşinqtonun son addımlarını zəiflik kimi qiymətləndirdiyini göstərir.

Hazırda İranla ABŞ arasında birbaşa və dolayı danışıqlar davam edir, lakin tərəflər arasında etimad böhranı və qarşılıqlı ittihamlar hələ də yüksək səviyyədə qalır.

Jalə Rövşən

tag: Məhəmməd Baqir Qalibaf ,İran ,ABŞ, “Fauxios,Todaypress.tv,