İranı xəlvəti formada bombaladı - Üstü indi açıldı

Dünya

12.05.2026 12:37

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) gizli şəkildə İran ərazisinə qarşı hava hücumları həyata keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Məlumata görə, bu əməliyyatlar BƏƏ-ni İranla qarşıdurmada daha aktiv tərəfə çevirə bilər.

Hücumlar arasında Fars körfəzində yerləşən Lavan adasındakı neft emalı zavodunun hədəfə alınması da yer alıb.

Bildirilib ki, aprelin əvvəlində – atəşkəs elan olunduğu dövrdə – İranın adalarda və kontinental şelfdə yerləşən neft obyektlərinə bir neçə hava zərbəsi endirilib. Bu hücumların genişmiqyaslı yanğınlara səbəb olduğu və Lavan neft emalı zavodunun fəaliyyətini uzun müddət qismən dayandırdığı iddia olunur.

İran tərəfi isə həmin vaxt zavodun “düşmən hücumu”na məruz qaldığını açıqlayıb və buna cavab olaraq BƏƏ və Küveyt ərazisinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirdiyini bildirib.

Nicat Osmanlı

TodayPress TV

tag: BƏƏ,İran,Hava hücumu,Əməliyyat,Todaypress.tv,