İranda Parlament TƏCİLİ toplanır - VİDEOKONFRANS

Dünya

09.05.2026 13:05

İran parlamenti müharibədən sonra ilk plenar iclasını videokonfransla keçirəcək

TodayPress TV xəbər verir ki, bu barədə  İran parlamentinin Rəyasət Heyətinin sözçüsü Abbas Qudərzi bildirib.

Qudərzi təhlükəsizlik tədbirləri və mövcud şərait səbəbindən iclasın vebinar və videokonfrans formatında təşkil olunacağını qeyd edib.

Onun sözlərinə görə, deputatlar iclasda son bazar qarışıqlığının müxtəlif aspektlərini, eləcə də əhalinin dolanışıq problemlərini və qiymət artımlarını müzakirə edəcəklər.

Jalə Rövşən 

TodayPress TV


tag: İran ,Plenar iclas,Videokonfrans ,Abbas Qudərzi,Todaypress.tv,