İranda casusluqda ittiham olunan şəxs edam edildi

Dünya

11.05.2026 18:20

İran ABŞ və İsrail kəşfiyyat orqanlarının xeyrinə casusluqda ittiham olunan şəxsi edam edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Mizan" məlumat yayıb.

Məlumata görə, edam olunan Erfan Şakurzadə peyk fəaliyyəti ilə bağlı elmi qurumda çalışıb və məxfi elmi məlumatları xarici xüsusi xidmət orqanlarına ötürüb.

29 yaşlı mühəndis 2025-ci ildə həbs olunub və daha sonra məhkəmə qərarı ilə ölüm cəzasına məhkum edilib.

TodayPress TV

tag: İran,ABŞ,İsrail,Casus,Todaypress.tv,