İran XİN: ABŞ əsassız tələblərində israr edir

Dünya

11.05.2026 11:42

İranın tələbləri regionda müharibənin dayandırılması, dəniz blokadasına son qoyulması, eləcə də əsassız şəkildə dondurulmuş İran aktivlərinin azad edilməsindən ibarət olub.

TodayPress TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bildirib.

Bəqai deyib ki, Hörmüz boğazında təhlükəsiz və sərbəst keçid məsələsi, həmçinin Livan da daxil olmaqla, bütün regionda təhlükəsizlik kimi mövzular mühüm gündəm maddələri olub.

O qeyd edib ki, irəli sürülən tələblər təkcə İran üçün deyil, bütün region və dünya üçün məntiqli və qəbulolunan hesab edilə bilərdi.

TodayPress TV

tag: İran,XİN,ABŞ,İsrar,Todaypress.tv,