İran BMT-də ABŞ və Bəhreynin qətnaməsini “qüsurlu” adlandırdı

İran BMT-də ABŞ və Bəhreynin qətnaməsini “qüsurlu” adlandırdı
08.05.2026 01:21 Dünya

ABŞ və Bəhreynin BMT Təhlükəsizlik Şurasına Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı təqdim etdiyi qətnamə layihəsi ciddi şəkildə qüsurlu və siyasi motivlidir.

TodayPress TV xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani jurnalistlərə bildirib.

“ABŞ və Bəhreyn Hörmüz boğazı və onun ətrafındakı vəziyyətlə bağlı dərin qüsurlara malik, birtərəfli və siyasi motivli qətnamə layihəsi təqdim ediblər. Onlar iddia edirlər ki, məqsədləri Hörmüz boğazında gəmiçilik azadlığını qorumaqdır və ölkəmə qarşı bir sıra əsassız ittihamlar irəli sürüblər”, – deyə o, qeyd edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər