İndoneziyada daşqın: 1100-dən çox insan öldü

Dünya

22.12.2025 15:59

Dekabr ayında Sumatra adasında baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində 1100-dən çox insan həyatını itirib.

TodayPress TV xəbər verir ki, bu barədə İndoneziyanın Milli Fəlakətlərin İdarə Olunması Agentliyi məlumat yayıb.

Bildirilib ki, 175 nəfər itkin düşüb, 7 mindən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Ölüm və yaralanmalar əsasən güclü sel axınları, eləcə də dağ və təpələrdən enən torpaq sürüşmələri və qaya uçqunları səbəbindən baş verib.

Qeyd edək ki, noyabrın sonlarında Şimali Sumatra, Açeh və Qərbi Sumatra əyalətlərində başlayan uzunmüddətli və intensiv yağışlar genişmiqyaslı daşqınlara və torpaq sürüşmələrinə yol açıb. Fəlakət nəticəsində bir milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Daşqın,Leysan,Yağış,Sürüşmə,Todaypress.tv,