İlon Mask 700 milyard dollarlıq sərvətlə tarixi rekorda imza atdı

Dünya

21.12.2025 05:12

Amerikalı iş adamı İlon Mask sərvəti 700 milyard dolları keçən ilk insan olub.

TodayPress TV xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Maskın sərvəti Delaver ştatının Ali Məhkəmənin aşağı instansiya məhkəməsinin qərarını ləğv etdikdən sonra artıb. Həmin qərarda iş adamına "Tesla" şirkətinin səhmlərinə dair mükafat şəklində verilən 139 milyard dollar etibarsız sayılmışdı.

"Forbes"un hesablamasına görə, uğurlu apellyasiyadan sonra Maskın sərvəti rekord 749 milyard dollara çatıb.

Bundan əvvəl jurnal Maskı sərvəti 600 milyard dolları ötən ilk insan adlandırmışdı. Bu, "SpaceX" şirkətinin səhmlərin alınması üzrə ictimai təklif elan etməsindən sonra baş vermişdi. Həmin prosesdə şirkət 800 milyard dollar dəyərində qiymətləndirilmişdi.

TodayPress TV

tag: Amerika, İlon Mask,Delaver, Ali Məhkəmə, todaypress.tv,